Şrift ölçüsü:
A+
A
A-
Kr
04 İyun 2019

“Huawei” ilk smartfonunu təqdim etdi

"Huawei”nin çeşidində irəli-geri çəkilən kamera ilə təchiz edilmiş ilk smartfon əlçatan olub. Yeni model “Huawei P Smart Z” adlandırılıb.

16 meqapiksellik irəli-geri çəkilən ön kamera ekrandakı kəsiklərdən imtina etməyə və eyni zamanda qurğunun ön hissəsindən maksimum dərəcədə istifadə etməyə imkan verib. İstifadəçi ön kameranı aktivləşdirdikdə o, bir saniyədə korpusdan irəliyə doğru hərəkət edir.

İstehsalçıların sözlərinə görə, ön kameranın konstruksiyası ən azı 100 min dəfə işlənilməyə hesablanıb ki, bu da 2,7 il üçün kifayətdir.

“Huawei P Smart Z” aparatı 12 nanometrlik texnologiya üzrə hazırlanmış “Kirin 710F” prosessoru ilə təchiz edilib.

6,59 düymlük ekranın təsvir ölçüsü 2340 x 1080 piksel təşkil edir. 4000 milliamper/saat tutumunda akkumulyator vasitəsilə enerji toplayan smartfon LTE şəbəkəsində internetdən aktiv istifadə vaxtı 14 saatadək şarjsız işləmək qabiliyyətinə malikdir.

“Huawei P Smart Z” smartfonu 10 iyun 2019-cu il tarixində satışa çıxarılacaq.
308 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
18.08.19, 12:22
Şoyqu ABŞ-ı təhdid etdi
Go to TOP