Şrift ölçüsü:
A+
A
A-
Kr
02 İyun 2019

Ayətullah Amili Qədr gecələrində Qarabağın azad olunması üçün dua edib

Vəliyyi-fəqihin nümayəndəsi və Ərdəbilin imam cüməsi həzrət Ayətullah Amili həmişə olduğu kimi bu ilin Qədr gecələrində də Qarabağın azad olunması və Azərbaycan üçün dua edib.
Ayətullah Amili duasının bir hissəsində Allahdan istəyib:
Allah, Qarabağda məscidlərimizi ermənilərdən azad et!
Allah, böyük məkirli plan qurublar Qarabağ üçün; Amerika da meydana girib, Rusiya da meydana girib. Çox çətin görünür ki, bu mübarək torpaqlar ermənilərin əlindən xilas ola. Allah, işlər sənin əlindədir. Azərbaycanın dindar cavanlarının əli ilə tezliklə Qarabağı azad et.
Ayətullah Amili öz xütbələrində daim Qarabağdan danışmış və onun azad olunmasını istəmişdir. Ermənistanı işğalçı olaraq tanıtmış və işğalın uzanımasının səbəbini Amerika kimi imperialist ölkələrin marağı bilmiş, Ermənistanın Azərbaycan torpaqlarına təcavüzünü bərk pisləmiş, hətta dəfələrlə Qarabağın azad olunması üçün müharibə meydanına getməyə hazır olduğunu bildirmişdir.
422 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
14.09.19, 13:22
Ruhani Türkiyəyə gedir
04.09.19, 11:10
İran Avropaya meydan oxudu
Go to TOP