Şrift ölçüsü:
A+
A
A-
Kr
01 İyun 2019

Saatlıda özünü yandıran qadın Bakıda öldü

Saatlıda üzərinə benzin tökərək yandıran qadın dünyasını dəyişib. 1946-cı il təvəllüdlü Muradova Umleyla Allahqulu qızı müalicə üçün Bakı xəstəxanalarından birinə göndərilsə də, onun həyatını xilas etmək olmayıb.

Xatırladaq ki, hadisə Saatlı rayonunun Dədə Qorqud kəndində baş verib. U.Muradova üstünə benzin tökərək özünü yandırmaqla intihar etmək istəyib.

Ətrafdakı adamların müdaxiləsi sayəsində yanğın söndürülüb və qadın Saatlı Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Xəstəxanada ilk tibbi yardım göstərilib. Vəziyyəti ağır olduğundan o, Bakı şəhərinə göndərilmişdi. Hadisənin səbəbi hələlik məlum deyil.
430 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
14.09.19, 13:22
Ruhani Türkiyəyə gedir
04.09.19, 11:10
İran Avropaya meydan oxudu
Go to TOP