Şrift ölçüsü:
A+
A
A-
Kr
09 Noyabr 2018

Zərifdən Pompeoya Yəmən təpkisi: “Siz heç utanırsız?”

İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif ABŞ-ın dövlət katibi Mayk Pompeonun Səudiyyə rejiminin Yəmənə humanitar yardım etməsilə bağlı açıqlamasına Twitter-dən rekasiya verib.

Parstoday xəbər verir ki, “Nə bilirsən cənab Pompeo? Bu həmin yəmənlilərdir ki, üzləşdikləri qıtlığa görə məsuliyyət daşıyırlar. Onlar məktəb avtobuslarını bombalamaq üçün milyardlar və qıtlıq problemini həll etmək üçün milyonlar dollar xərcləyən sizin qəssab müttəfiqlərinizə heç müqavimət göstərmədən yox etmələrinə icazə verməliydilər. Eləmi? Siz heç utanırsız?”.

Xatırladaq ki, Pompeo bir müsahibəsində Səudiyyə rejiminin humanitar yardımlar üçün Yəmənə milyonlarla dollar sərf etdiyini iddia etmişdir, həmçinin Səudiyyə rejimində insan haqlarının vəziyyətini də müsbət qiymətləndirmişdi./deyerler/
65 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
Go to TOP