Şrift ölçüsü:
A+
A
A-
Kr
09 Noyabr 2018

Suriya ordusu İdlibdə ən azı 22 yaraqlı öldürdü

Suriya ordusu yaraqlıların atəşkəs zonasından gələn hücumları səbəbilə İdlibi vurmağa başlayıb.

Sputnik xəbər verir ki, Suriya ordusu İdlibdə Ceyşül İzzə terror təşkilatının yaraqlılarına hücum təşkil edib. Yer-yer raketlərin də istifadə edildiyi hücumda ən az 22 yaraqlının öldürüldüyü bildirilib.
Hədəfə alınan təkfirçilərin İdlibdə silahsızlandırılması nəzərdə tutulan bufer zonada olduqları qeyd olunur.
Yaraqlılar 15 oktyabra qədər bufer zonadan çıxmalı idilər. Ancaq silahlı qruplar bu razılaşmaya tabe olmadı.
Rusiyanın Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova da Suriya ordusunun hücumuna dair açıqlama verərək, Əl-Qaidə ilə əlaqəli Heyət Təhrir Əş-Şam və digər terror təşkilatlarının hər gün təxribatda olduğunu deyib.

Zaxarova İdlibdə bufer zonada baş verən münaqişələrə görə, yaraqlıların məsuliyyət daşıdığını bildirib./deyerler/
65 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
Go to TOP