Şrift ölçüsü:
A+
A
A-
Kr
08 Noyabr 2018

Fransız tarixçidən Makrona: Ruslar haqda belə danışma

Fransız tarixçi Eduar Yusson I Dünya müharibəsinin başa çatmasının 100 illiyi ərəfəsində Fransa Prezidenti Emmanuel Makronun Rusiyanı “düşmən” elan edən bəyanatına kəskin reaksiya verib.

Bu barədə tarixçi “Atlantiko” nəşrində məqalə yazıb.

Tarixçinin sözlərinə görə, I Dünya müharibəsinin ən qanlı döyüşlərindən birinin yaşandığı Verden şəhərində olarkən Makron Rusiya, Çin və ABŞ-a qarşı mübarizə aparmaq üçün “əsl Avropa ordusu” yaradılması barədə fikirlər səsləndirib. Eyni zamanda, fransız hökuməti də bu tarixə aid bütün hadisələrin sülh mövzusuna həsr ediləcəyini qeyd edib.

Yussonun fikrincə, Rusiyanın düşmən elan edilməsi üçün yer və məkan seçimi böyük heyrət doğurub. Bundan əlavə, bir neçə gün sonra Rusiya Prezidenti Vladimir Putinin də Parisə səfəri nəzərdə tutulub.

“Müasir Rusiyaya qarşı iradlar nə olursa olsun, dünya onları birləşdirən dəyərləri xatırlamalıdır. Rusiya ordusu 1914-cu ilin payızında göstərdiyi qəhrəmanlığa və böyük itkilərinə görə hörmətə layiqdir. Bunlar olmasa, bəlkə də Almaniyanı məğlub etmək mümkün olmayacaqdı. Öldürülən 1.8 milyon rus əsgərini yad etməyin vaxtı gəlməyib? Siyasəti bir kənara qoyub XX əsrdə iki dəfə dünyanı xilas etmiş xalq və ölkə barədə xatırlamaq lazımdır”, - tarixçi bildirib.

Tarixçi Rusiyanın “Avropanın azadlığının müdafiəsi” uğrunda Birinci Dünya müharibəsi zamanı 5, ikinci dünya müharibəsi zamanı isə 27 milyondan artıq itki verdiyini xatırladıb.
67 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
Go to TOP