Şrift ölçüsü:
A+
A
A-
Kr
08 Noyabr 2018

Yəmən qüvvələri Cubən şəhərini Ərəbistan təcavüzkarlarından təmizlədi

Yəmən qüvvələri dünən (bazar ertəsi) Əl-Zale əyalətinin Cubən şəhərini Ərəbistan-BƏƏ koalisiyası təcavüzkarlarından tamamilə təmizləyib.
“Əl-Məsirə” televiziya kanalının verdiyi xəbərə görə, təcavüzkarlara qarşı əməliyyat koalisiya qüvvələrinin Ət-Təbab məntəqəsinə gedən yolları bağlamaq və məntəqəyə hücum etmək təlaş etmələri ilə eyni zamanda baş tutub.
Əl-Zale əyaləti ilə qonşu Lahic əyalətində də düşmən qüvvələrinin Əl-Qubeytə məntəqəsinə daxil olmaq istəyi nakam qalıb və çoxlu təlafat verərək geri çəkilməyə məcbur olub.
Amma Ərəbistan qırıcıları dünəndən qərb sahilinə və Əl-Hüdəydə əyalətinə hücumları şiddətləndirib. Bununla belə, Yəmən qüvvələri bu cəbhədə də düşmənə ağır zərbələr vurublar.
Yəmənin rəsmi “Səba Net” saytına əsasən, düşmənin hava qüvvələrinin köməyi ilə Əl-Hudeydənin “16 km-lik” bölgəsinə 3 tərəfdən hücumu Yəmən xalq komitələri və ordu qüvvələri vasitəsilə dəf edilib, düşmən 30 ölü və 50 yaralı verərək geri çəkilb. Bu döyüşdə düşmənin 13 zirehli avtomobili və hərbi texnikası məhv edilib.
66 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
Go to TOP