Şrift ölçüsü:
A+
A
A-
Kr
07 Noyabr 2018

İran öz istehsalı olan 2 RƏM sistemini sınaqdn keçirib – «Xordad-3» və «Təlaş»

İran «Xordad-2» raket əleyhinə müdafiə sistemini (RƏM) və «Təlaş» zenit-raket kompleksini «Vilayət 97» hərbi təlimləri çərçivəsində sınaqdan keçirib. Təlimlər Amerika Birləşmiş Ştatlarının (ABŞ) yeni sanksiyalar paketinin qüvvəyə minməsi fonunda keçirilir.

Bu barədə İslam inqilabı qoruqçları Korpusu (İİQK) aerokosmik qüvvələrinin bəyanatına istinadla, «Mehr» agentliyi xəbər verib.

Agentliyin məlumatına görə, «Xordad-3» RƏM sistemi sınaq zamanı «Sayad» raketini buraxıb. Raket hədəfi uğurla vurub. Agentliyin məlumatına görə, «Təlaş» ZRK-i də 3 ədəd «Sayad» raketi buraxıb – onlar da hədəfi dəqiq vurub.

Bu arada, «İRNA» agentliyi də təlimlərin mətbuat xidmətinə istinadla, əlavə edib ki, orta mənzilli «Təlas» RƏM kompleksindən raket buraxılışı da uğurla həyata keçirilib – hədəf vurulub. Təlimlərin gedişində həm də «Şalamçe» raketi sınaqdan keçirilib.

İRNA agentliyinin məlumatına görə, «Vilayət 97» hərbi təlimləri bazar ertəsi İran hərbi-dəniz qüvvələri komandanı kontr-admiral Həbibulla Səyyarinin rəhbərliyi altında başlanıb. Təlimlərdə İİQK-nun qüvvələri, xüsusi təyinatlı hərbi-hava qüvvələri və digərləri iştirak edir.

Təlimlər 2 gün davam edəcək.

شلیک سامانه سوم خرداد با موشک صیاد در رزماش پدافند هوایی +تصاویر


سامانه موشکی «تلاش»، سه هدف هوایی را مورد اصابت قرار داد+تصاویر

سامانه موشکی «تلاش»، سه هدف هوایی را مورد اصابت قرار داد+تصاویر

سامانه موشکی «تلاش»، سه هدف هوایی را مورد اصابت قرار داد+تصاویر



71 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
Go to TOP