Şrift ölçüsü:
A+
A
A-
Kr
07 Noyabr 2018

Ərəbistanın üzü döndü: Rusiyadan S-400 alır

Tənqidçi jurnalist Kaşikşının Ərəbistanın İstanbuldakı konsulluğunda qətlə yetirilməsindən sonra Amerika və Avropanın Ərəbistana, xüsusilə də Məhəmməd bin Salmana qarşı təzyiqləri vəliəhdi öz müttəfiqlərini qıcıqlandırmaq fikrinə salıb.
“Sputnik”-in verdiyi xəbərə görə, Ərəbistanın Moskvadakı səfiri Raid Xalid Qərməli öz açıqlamasında bildirib ki, Riyad və Moskva S-400 raketdən müdafiə qurğusunun Ərəbistana daxil olmasının vaxtı ilə bağlı müzakirələr aparırlar.
Səfir S-400-lərin Ərəbistana daxil olması vaxtı ilə bağlı sualın cavabında deyib: “Bu məsələ hələ də araşdırılır və vaxtla bağlı hələ qəti qərara gəlməmişik.”
Səfir Vladimr Putinin Ərəbistana səfəri ilə bağlı bildirib: “Səfər üçün hazırlıq işləri görülür və hər iki tərəf bu barədə müzakirələr aparır. Səfərin vaxtı yaxın günlərdə bəlli olacaq.”
79 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
Go to TOP