Şrift ölçüsü:
A+
A
A-
Kr
06 Noyabr 2018

Makrondan şok: ABŞ-dan müdafiə olunmalıyıq

Fransa Prezidenti Emmanuel Makron ABŞ-dan müstəqil olan ümumavropa ordusunu yaratmağı təklif edib.

Bunu o, “Avropa 1” radiosunda çıxışı zamanı deyib.

“Biz əgər əsl ümumavropa ordusu qurmasaq, avropalıları qoruya bilməyəcəyik. Bizim özünü ABŞ-sız qoruya bilən Avropamız olmalıdır. Hazırda Avropa özünün daxili demokratik prosesləri və kibertəhlükəsizliyinə çoxsaylı müdaxilə cəhdləri ilə üz-üzə qalıb. Biz Çin, Rusiya və ABŞ-dan müdafiə olunmalıyıq”, – deyə o bildirib.
73 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
Go to TOP