Şrift ölçüsü:
A+
A
A-
Kr
05 Noyabr 2018

Bəhreyn qarışır: 3 şiə lider ömürlük həbs edildi

Bəhreyn Ali Məhkəməsi bu gün şiə müxalifətinin 3 liderinə ömürlük həbs cəzası kəsib.

RİA xəbər verir ki, Vifak Partiyasının baş katibi Əli Salman da daxil olmaqla, şiə müxaliflər şərlənərək Qətərin xeyrinə casusluqda ittiham olunublar.

Qeyd edək ki, 2015-ci ildən həbs həyatı yaşayan Salmanın üzərindən casus ittihamı iyun ayında Bəhreyn məhkəməsi tərəfindən götürülmüşdü. Ancaq Baş Prokurorluq Ali Məhkəməyə protest vermişdi.

Əli Salman, Həsən Sultan və Əli Asvad şərlənərək hərbi sirləri casusluqla ələ keçirməkdə və Qətərə ötürməkdə ittiham olunublar.

Bəhreynin şiə icması qərarı siyasi hesab edib və tərəfdarlarını qərara etiraz olaraq aksiyaya çağırıb.

Qeyd etmək lazımdır ki, vəhabi Bəhreyn hökuməti Azərbaycan variantından (şərləmək) istifadə edib.
77 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
Go to TOP