Şrift ölçüsü:
A+
A
A-
Kr
04 Noyabr 2018

“Suriyalıların qanı ərəblərin pulları ilə axıdılır” – Buseyna Şaban

İşğalçı İsrail iddia edir ki, İran ordusunun Suriyadan çəkilməsi ilə bütün qüvvələr Suriyadan çıxacaqlar.

Bunu Suriya Prezidentinin müşaviri Buseyna Şaban deyib.

Suriyalı diplomat İran və İsraillə yanaşı, Suriyada gedən müharibədə iştirak edən digər hərbi-siyasi qüvvələr arasında da, anlaşılmazlıq olduğunu və bunun qarşıdurmaların müddətini uzatdığını diqqətə çatdırıb.

Busyena Şabanın sözlərinə görə, Bəşər Əsəd hökumətinin əsas məqsədi Suriyanı müdafiə etdiyini və buna görə bir sıra qüvvələrlə müttəfiqlik əlaqələri qurub.

“Suriya ərəb ölkələri ilə də, normal münasibətlər qurmaq, yaxud əvvəldən mövcud olan əlaqələri bərpa etmək niyyətindədir. Lakin təəssüf ki, bu gün suriyalıların qanı bəzi ərəb ölkələrinin pulları ilə axıdılır”, - deyə müşavir qeyd edib.
74 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
Go to TOP