Şrift ölçüsü:
A+
A
A-
Kr
11 Oktyabr 2018

İngiltərədən Səudiyyəyə xəbərdarlıq: Ağır nəticəsi olacaq

Camal Qaşıqçının öldürülməsi iddiaları təsdiqini taparsa, bunun Səudiyyə Ərəbistanı üçün nəticələri ağır olacaq.

Bunu İngiltərə Xarici İşlər naziri Ceremi Hant deyib.

“Səudiyyəlilərin dostu olduğunu düşünənlər də bunun çox ciddi məsələ olduğunu deyir. Dostluğumuz və ortaqlığımız birgə dəyərlərə söykənir. Həqiqətən çox narahatıq”, - deyə XİN rəhbəri bildirib.

Qeyd edək ki, Qaşıqçı bir müddət əvvəl Səudiyyə Ərəbistanının İstanbuldakı Konsulluğunda yoxa çıxıb. Onun Ər-Riyaddan gələn xüsusi qrup tərəfindən öldürüldüyünü iddia edilir.
168 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
16.12.18, 16:36
Misturadan Suriya etirafı
15.12.18, 09:23
Çində sarı qar yağdı
11.12.18, 10:11
Trampın impiçment qorxusu
Go to TOP