Şrift ölçüsü:
A+
A
A-
Kr
09 Oktyabr 2018

"Qızıl top"un sahibi kim olacaq? - Namizədlər açıqlandı

FİFA və “Frans Futbol” jurnalı 2018-ci ilin ən yaxşı futbolçusuna veriləcək “Qızıl top” mükafatına namizədlərin adlarını açıqlayıb.

İlk beşlikdə Serxio Aqüero (“Mançester Siti”), Qaret Beyl (“Real Madrid”), Kərim Benzema (“Real Madrid”), Alisson Bekker (“Liverpul”) və Edinson Kavani (PSG) yer almışdılar.

Bu saatlarda FİFA və “Frans Futbol” jurnalı digər futbolçuların da adlarını açıqlayıb. Digər namizədlər bunlardır: Tibo Kurtua ("Real Madrid"), Kristiano Ronaldo ("Yuventus"), Kevin de Bruyne ("Mançester Siti"), Roberto Firmino ("Liverpul"), Dieqo Qodin ("Atletiko"), Antuan Qrizmann ("Atletiko Madrid"), İsko Alarkon ("Real Madrid"), Eden Azar ("Çelsi"), Harri Keyn ("Tottenhem") və Nqolo Kante ("Çelsi"), Uqo Lyoris ("Tottenhem"), Mario Mancukiç ("Yuventus"), Sadio Mane ("Liverpul"), Marselo ("Real Madrid"), Kilian Mbappe (PSG).

Təqdimetmə mərasimində, həmçinin FİFA ilk dəfə olaraq ən yaxşı gənc oyunçuya və ən yaxşı qadın futbolçuya da mükafatlar təqdim edəcək.
70 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
Go to TOP