Şrift ölçüsü:
A+
A
A-
Kr
08 Oktyabr 2018

Bakıda səhər işə gedən qadını küçədə niyə öldürdülər?

Bakı şəhərinin Suraxanı rayonunda küçədə öldürülən qadının adı məlum olub.

Publika xəbər verir ki, şənbə günü səhər saatlarında Qaraçuxur qəsəbəsi ərazisində küçədə naməlum şəxsin hücumu nəticəsində çoxsaylı bədən xəsarətləri ilə öldürülən qadının 1985-ci il təvəllüdlü Məmmədova Əfsanə Fəxrəddin qızı olması müəyyən edilib.

İlkin araşdırmalar zamanı məlum olub ki, 33 yaşlı qadını bir müddət əvvəl rəsmən boşandığı həyat yoldaşı, 1983-cü ildə anadan olmuş Məmmədov Xosrov Elman oğlu qətlə yetirib.

Bildirilir ki, Əfsanə ilə Xosrov boşanandan sonra da, onların arasındakı münaqişə davam edib. Oktyabrın 6-da səhər işə getmək üçün evdən çıxan Əfsanə yolda keçmiş əri ilə qarşılaşıb. X.Məmmədov əvvəlcədən planlaşdırdığı kimi 2 övladının anası olan Əfsanəyə hücum edərək ona çoxsaylı zərbələr endirib. Ətrafdakı şəxslər ona mane ola bilməyib və qadın hadisə yerindəcə keçinib.
187 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
16.12.18, 16:36
Misturadan Suriya etirafı
15.12.18, 09:23
Çində sarı qar yağdı
Go to TOP