Şrift ölçüsü:
A+
A
A-
Kr
12 İyul 2018

İşıqlar yenə söndü - Rəsmi qurumlardan açıqlama

Ölkə ərazisində elektrik enerjisinin verilməsində yenidən fasilə yaranıb.

Bununla bağlı istifadəçilər sosial şəbəkədə məlumat paylaşıblar. Bildirilib ki, ölkənin bəzi bölgələrində, o cümlədən, paytaxt ərazisində elektrik enerjisinin verilməsində məhdudiyyətlər olub.

Məsələ ilə bağlı "Azərenerji" ASC-nin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Yəhya Babanlı "Qafqazinfo"ya bildirib ki, Ağsu rayonu Bico kəndi ərazisindən keçən yüksək gərginlikli elektrik verilişi xətlərinin altında naməlum səbəbdən yanğın baş verib. Nəticədə elektrik enerjisi təminatında fasilələr yaranıb.

Bakı Metropoliteninin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov isə bildirib ki, elektrik enerjisi kəsildiyindən "Avtovağzal" və "Memar Əcəmi" stansiyaları arasında qatarların hərəkəti dayanıb.
305 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
11.12.18, 10:11
Trampın impiçment qorxusu
Go to TOP