Şrift ölçüsü:
A+
A
A-
Kr
10 İyul 2018

Ukraynada azərbaycanlı və misirli tələbələr arasında kütləvi dava olub

Ukraynanın Kropivnitski şəhərində yay akademiyasında təhsil alan azərbaycanlı və misirli tələbələr arasında kütləvi dava olub.

“Report” yerli mətbuata istinadən xəbər verir ki, hadisə iyulun 9-u Bakı vaxtı ilə saat təqribən 20:00-da Qeroyev meydanında baş verib.

Polisin məlumatına görə, dava iki nəfərin arasında olub, sonradan daha iki nəfər onlara qoşulub. Nəticədə iki nəfər xəsarət alaraq xəstəxanaya çatdırılıb. Onlardan birində kəsilmiş yara aşkar edilib. Davanın digər iki iştirakçısı isə polis bölməsinə aparılıb.
250 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
11.12.18, 10:11
Trampın impiçment qorxusu
Go to TOP