Şrift ölçüsü:
A+
A
A-
Kr
09 İyul 2018

“Yunis Səfərovu qandalsız vəziyyətdə televiziya qarşısına çıxaranlar sabahı düşünərək belə ediblər”

Tanınmış politoloqdan Gəncə olayı və ətrafında baş verən proseslərlə bağlı ilginc açıqlama

Zərdüşt Əlizadə: “Məmurların hədsiz tamahkarlığı və tərbiyəsizliyi səbəbindən bu cür hadisələr baş verir”

Artıq bir neçə gündür ki, ölkə gündəmi Gəncənin icra başçısı Elmar Vəliyevin güllələnməsi xəbəri ilə zəbt olunub. Bu hadisə demək olar ki, böyükdən-kiçiyə ölkənin bütün təbəqəsinin diqqət mərkəzindədir. Hər kəsi Elmar Vəliyevi güllələyən Yunis səfərovun və icra başçısının aqibəti maraqlandırır. Bu haqda isə rəsmi məlumatlarla yanaşı, ictimaiyyət arasında yayılan qeyri-rəsmi informasiyalar da yer alır. Hadisə ilə əlaqədar müxtəlif versiyalar səsləndirilsə də, fakt-faktlığında qalır. Böyük bir kütlə icra başçısının etdiyi pis əməllərin qurbanı olduğunu deyir. Hətta sosial şəbəkələrdə gəncəlilərin etiraz aksiyaları keçirəcəkləri barədə postlar da paylaşılır.

Baş verənlər onu göstərir ki, məlum olay ölkənin rəsmi dairələrindən tutmuş, sadə vətəndaşları arasında ciddi rezonans doğurub və hadisələrin necə cərəyan edəcəyi haqda fikir söyləmək çox çətindir.

Baş verən hadisələri “İslaminSesi” nə şərh edən tanınmış politoloq Zərdüşt Əlizadə bildirib ki, hakimiyyətdə xalqı qarət edən bir dəstə əyləşib:

“Hakimiyyətdəkilərin bəziləri, taladıqları xalqa qarşı nisbətən mehriban davranırlar. Bəziləri isə işğal etdikləri ölkənin əhalisini heçə sayırlar. Yəni həm qarət, həm də təhqir edirlər. Bu məmurların arxaları, onları təyin edən yuxarı ranqlı şəxslərə bağlı olduğundan, heç nəyə fikir vermirlər. Rüşvət verərək vəzifə alan bu məmurlar, xalqı incidərək varlanmaq istəyirlər. Belə olan halda isə, bir kişi çıxır və xalqı incidən məmuru güllələyir. Bu hadisəni başqa istiqamətlərə yönəltmək lazım deyil. Məmurların hədsiz tamahkarlığı və tərbiyəsizliyi səbəbindən, bu cür hadisələr baş verir”.

Zərdüşt Əlizadə gəncəlilərin aksiya keçirmək istədikləri ilə bağlı sosial şəbəkələrdə yayılan məlumatlara da münasibət bildirib. O deyib ki, aksiya keçirmək istəyən heç vaxt qarətçi və qeyri-qanuni hökumətdən icazə istəmir: “Əgər gücü, sayı, qətiyyəti, cəsarəti varsa, o zaman aksiya keçirəcək. Əks halda isə heç bir etiraz aksiyası alınmayacaq”.

Politoloq əlavə edib ki, hakimiyyətdə müəyyən bölünmə mövcuddur: “Bəziləri arsız, azğın adamlardır. Bəziləri isə sabahı da fikirləşirlər. Düşünürlər ki, sabah onlardan hesabat tələb edə bilərlər. Ona görə də, Yunis Səfərovu döymədən, qandalsız vəziyyətdə televiziya qarşısına çıxaranlar, sabahı düşünərək belə ediblər. Guya qanun çərçivəsində hərəkət etdiklərini göstəriblər”.
100 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
13.07.18, 09:57
Saatlı sakini intihar etdi
13.07.18, 09:31
ABŞ əsgəri öldürüldü
Go to TOP