Şrift ölçüsü:
A+
A
A-
Kr
09 İyul 2018

İranlı futbolçu qəzaya düşdü - Foto

İran milli komandasının və Rusiyanın "Rubin" klubunun futbolçusu Sərdar Azmun vətənində avtomobil qəzasına düşüb.

Hadisə yerli vaxtla səhər saat 5:30 radələrində baş verib.

23 yaşlı hücumçu yük maşını və 10 avtomobilin yer aldığı qəzanın iştirakçılarından olub. Hadisənin təfərrüatları aydınlaşdırılır.

Qəza vaxtı Azmun avtomobildə yeznəsi ilə birgə olub. Hələlik onun sükan arxasında olub-olmadığı bilinmir. Futbolçunun çənəsindən kiçik xəsarət aldığı deyilir. O, əzilmiş "Porşe"dən çıxa bilib. Xəstəxanaya yollanmaqdan imtina edən forvarda yerindəcə yardım göstərilib.


164 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
21.09.18, 09:30
Prezident öldü
Go to TOP