Şrift ölçüsü:
A+
A
A-
Kr
08 İyul 2018

Duqin: Rusiya, İran və Türkiyə dünyanın gələcəyini müəyyən edəcək

Rusiya, İran və Türkiyə ittifaqı dünyanın gələcəyini müəyyən edəcək.

Bu sözləri rusiyalı filosof Aleksandr Duqin İranın dövlət televiziyasında yayımlanan “Sərhədsiz” proqramında çıxışı zamanı deyib.

Rusiya, İran və Türkiyənin əməkdaşlığının başda Suriya məsələsi olmaqla bölgədəki sülhün təminatçısı olduğunu bildirən Duqin, bu əməkdaşlıq sayəsində ABŞ-ın bölgədəki strategiyalarının da uğursuzluğa düçar edildiyini qeyd edib. Duqin həmçinin 3 ölkənin əməkdaşlığı sayəsində ABŞ-ın bölgədə nüfuz itirdiyini vurğulayıb:

“Bu ittifaq dünyanın gələcəyini müəyyən edəcək. Avrasiya layihəsinin uğurla tətbiq edilməsi nəticəsində beynəlxalq ictimaiyyət tək qütblü nizamdan çoxqütblü nizama keçid edəcək və ABŞ-ın bölgədəki nüfuzu azalacaq”.
189 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
21.09.18, 09:30
Prezident öldü
14.09.18, 14:02
Bəsrə valisi həbs edildi
Go to TOP