Şrift ölçüsü:
A+
A
A-
Kr
12 İyun 2018

Ali Dini Rəhbər: “Xəbis düşmənlər həmişə İrana qarşı hiylələr qurmağı düşünür”

İyunun 11-i İran universitetləri və elm mərkəzlərinin müəllimləri, tədqiqatçıları və elitasını qəbul edən ali dini rəhbər ayətullahul-üzma Seyid Əli Xamenei dünya miqyasında İrannın olduğu mövqeyi açıqlayıb.

Təsnim saytı xəbər verir ki, ali dini rəhbər bu görüşdə İranın digər ölkələrin xalqları arasındakı mühüm yerinə diqqət çəkərək, belə danışıb: “İran dəyərsiz və təkəbbürlü dövlətlər arasında ən çox düşmənlə üz-üzədir. Ancaq digər ölkələr və xüsusilə də bölgə xalqları tərəfindən İrana çox hörmət edilir. Bu səbəbdən xəbis düşmənlər həmişə İrana qarşı hiylələr qurmağı düşünür. Allahın köməyi ilə onlar İran xalqı və dövləti qarşısında yenə də məğlubiyyətə düçar olacaqlar”.

Ali dini rəhbər ayətullahul-üzma Seyid Əli Xamenei çıxışının digər bir hissəsində isə əzazil, hegemon qüvvələrin ikili standart siyasətlərinə və onların təcavüzkar rejimlərə dayaq olmalarına və dəstək vermələrinə toxunaraq, kafirlərin bu siyasətlər nəticəsində region və dünya xalqlarına terrorizm, hərc-mərclik, inamsızlıq və müharibə hədiyyə etdiklərini bildirib.

Qəzzada fələstinli qadın və uşaqların qətliamı, 5 milyondan çox fələstinlinin öz evlərindən, yurdlarından didərgin vəziyyətinə salınması illərdir məzlum Fələstin xalqına yüklənmiş acı həqiqətlərin kiçik bir hissəsidir.

Ali dini rəhbər ayətullahul-üzma Seyid Əli Xamenei çıxışının davamında sionist İsrail rejiminin baş naziri Binyamin Netanyahunun Avropaya səfər edərək Avropa rəhbərlərilə görüşdə İran barədə söylədiklərinə cavab verib. Ali dini rəhbər Netanyahunu dövrün Şimri və uşaq qatili rolunu ifa etdiyini bildirib: “Tarixdəki bütün zalımların aparıcısı olan bu cani avropalılara İranın bir neçə milyon yəhudini məhv etmək istədiyi barədə yalan danışıb. Halbuki bizim Fələstin üçün təklif etdiyimiz həll yolu həm tamamilə məntiqli, həm də demokratikdir. Şübhəsiz ki, Fələstin məsələsi İslam dünyasının ən problemli məsələsi deyildir, lakin insan haqları iddiaları və beynəlxalq hüquqa nə dərəcədə bağlı olduğuna dair iddiaları müzakirə etmək üçün əsasdır.

Fələstin məsələsinin inkar olunmaz iki ölçüsü var: Birincisi, bir xalqın tapdalanmış haqlarıdır və bu hüquqlar mütləq bərpa edilməlidir. İkincisi, beynəlxalq ictimaiyyət və bu xüsusda, başda məzlum xalqların haqlarına qarşı təcavüzlər və zorakılıqlar qarşısında durmalı olan Təhlükəsizlik Şurası və BMT daxil olmaqla müvafiq qurumların məsuliyyətidir.

Təəssüf ki, bu qurumlar öz vəzifə və məsuliyyətlərini yerinə yetirmək əvəzinə səssiz qalmağı üstün tuturlar və zalım və təcavüzkar dövlətlər öz məqsədlərini həyata keçirmək üçün bir vasitəyə çevriliblər”.

Ali dini rəhbər ayətullahul-üzma Seyid Əli Xamenei çıxışında işğalçı İsrail rejiminin Qəzzadakı zülm və cinayətləri qarşısında Avropa dövlətlərinin səssiz qalmasını da tənqid edib: “Həmişə demişik ki, qədim Fələstin ölkəsində hökumətin müəyyənləşdirilməsi üçün dünyanın qəbul etdiyi referendum tətbiq edilməlidir. Müsəlmanlar, yəhudilər və xristianlar olmaqla ən azı 80 il bu yurdda, keçmişləri olan Fələstin əsillilər arasında həm işğal altındakı ərazilərdə, həm də onun xaricində bir referendum keçirməlidir”.

BMT-də İran adından qeyd olunan bu təklifin nə gər beynəlxalq dəyərlərə zidd olan tərəfi var? Nə üçün avropalılar bu təklifi başa düşmək istəmir?

Bu sual və digər onlarla oxşar sualın cavabını avropalı dövlət adamlarının iki üzlülüyü və ikili standart davranışlarında axtarmaq lazımdır. Tarixdə törədilən zülm və cinayətlərin böyük bir hissəsinin bilavasitə Avropa dövlətləri tərəfindən baş verməsinə baxmayaraq, bu ölkələr bu gün özlərinə insan haqları müdafiəçisi və demokratiya beşiyi kimi insanlara tanıtmağa çalışırlar. Belə ki, İsrail rejimi və Səudiyyə Ərəbistanı kimi uşaq qatili, cinayətkar rejimlər əslində bu qeyri-insani axının təbii bir məhsuludur.

Bu ağrılı prosesdə insan haqları müdafiəçiləri və müvafiq beynəlxalq qurumların Qəzzada fələstinlilərin sionist rejim tərəfindən qətliam edilməsi qarşısındakı səssizliyi, Fələstin xalqı üzərindəki bu acı tarixi zülmün davam etməsini özü ilə birgə gətirmişdir”./deyerler/
243 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
Go to TOP