Şrift ölçüsü:
A+
A
A-
Kr
11 İyun 2018

Suriya ordusu Dərada hərbi əməliyyatlara başlayır

Suriya ordusu Suveyda səhrasında irəliləməkdə davam edir. Mediaların verdiyi xəbərlərə görə, artıq ordu qüvvələri Suveydada hərbi bazalar yaradıb, bazalar yüngül və ağır silahlar, hərbi helikopterlərlə təchiz olunub.
Suriya müxalifətinə aid mənbələrin də verdiyi məlumatlarda deyilir ki, Suveydanın şərq hissəsində bir neçə istiqamətdə neçə gündür ki, Suriya ordusu və İŞİD terrorçuları arasında döyüşlər gedir. Suriya qüvvələri iki gün əvvəl Suveydanın bu hissəsində böyük irəliləyiş əldə edərək, Amerikanın başçılığı ilə beynəlxalq koalisiyanın işğalı altında olan Ət-Tənfin 50 km-nə çata bilib.
Dərada olan hərbi mənbənin “Əl-Vətən” qəzetinə verdiyi açıqlamaya görə, ehtimal verilir ki, terrorçu qruplar açıq sülhü qəbul etməyəcəklər və bu üzdən Dərada tezliklə hərbi əməliyyatlar başlayacaq. Hərbi mənbə bunu da vurğulayıb ki, Süveydanın şərqində əməliyyatların başlanılması Dərada başlayacaq əməliyyatların xeyrinədir. Dəra əyalətində ötən günlərdə çoxlu iclaslar olub. Bu iclasların məqsədi qarşıda olan hərbi əməliyyatlar üçün hazırlıq işlərinin görülməsi üçündür. Artıq dinc əhalinin bölgədən çıxa bilməsi üçün humanitar dəhlizlər yaradılıb.
132 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
13.08.18, 07:53
Zərif təkzib etdi
Go to TOP