Şrift ölçüsü:
A+
A
A-
Kr
11 İyun 2018

Məhəmməd Salah: Özümü yaxşı hiss edirəm

Misirin futbol üzrə yığmasının futbolçusu Məhəmməd Salah Dünya Çempionatının birinci turunda Uruqvay komandasına qarşı oyunda iştiraka hazır olduğunu bildirib.

Ulduz futbolçu matça kökləndiyini qeyd edib.

"Özümü yaxşı hiss edirəm. Bilmirəm, komandamız hara qədər davam gətirəcək. Ancaq komanda yaxşı hazırlanıb və böyük ümidlərlə əla əhval-ruhiyyədədir. Biz dünya çempionatına 28 ildən sonra yüksək əhval-ruhiyyədə qayıtdıq", - deyə o bildirib.

Qeyd edək ki, futbol üzrə Misir yığması dünya çempionatının final mərhələsində 28 ildə ilk dəfə iştirak edir. Misir yığması dünya çempionatında Rusiya, Səudiyyə Ərəbistanı və Uruqvay milliləri ilə A qrupunda mübarizə aparacaq.
51 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
17.06.18, 10:34
Borc
16.06.18, 11:39
Tramp: Krım Rusiyanındır
Go to TOP