Şrift ölçüsü:
A+
A
A-
Kr
10 İyun 2018

Fua və Kəfərya 6 nəfər şəhid verdi

Dünən axşam Təhrirüş-Şam terror qrupunun Fua və Kəfərya şəhərlərinə hücumu nəticəsində bu şəhərlərin müdafiəçilərindən 6 nəfəri şəhid olub.
Cəbhə mənbələrinin verdiyi xəbərə görə, İdlib əyalətində Türkiyəyə bağlı terrorçuların mühasirəsində qalmış Fua və Kəfərya şəhərlərinin xalq müdafiə komitəsi üç gündür ki, Təhrirüş-Şam (sabiq Ən-Nüsrə) terror qrupunun geniş miqyaslı hücumunu dəf edir. Döyüşlər dünən axşam daha da şiddətlənib.
Təhrirüş-Şam terror qrupu bu iki şəhərin müxtəlif yerlərindən, o cümlədən Binniş, Ram Həmdan və Əl-Səvağiyyə məntəqələrindən şəhərə nüfuz etməyə çalışıblar. Lakin çoxlu tələfat verərək geri çəkiliblər.
Fua və Kəfərya şəhərlərinin əhalisindən çoxu Suriya ordusu vasitəsilə mühasirədən çıxarılsa da hal-hazırda 8 min nəfər əhali terrorçu qrupların mühasirəsində qalmışdır və onların çoxu qadın və uşaqlardır.
Binniş, Taum, Təftənaz, Ram Həmdan, Məərrət Misrin qəsəbə və kəndləri terrorçuların olduğu əsas məntəqələrdir və bu məntəqələrdən hər gün Fua və Kəfəryaya hücum edirlər.
2015-ci ildə Türkiyə ilə sərhəddə yerləşən İdlib əyaləti və onun şəhərləri Ankara dövlətinin dəstəklədiyi, Türkiyədə təlim görmüş, hərbi texnika və silahlarla təchiz edilmiş təkfirçi terrorçular tərəfindən işğal edildikdən sonra Fua və Kəfərya tam mühasirədə qalmışdır, hər gün terrorçuların hücumuna məruz qalır və onlara məhdud şəkildə qida maddələri yalnız çətirlər vasitəsilə çatdırılır. Bu şəhərlərin əhalisi ən zəruri imkanlardan belə məhrum qalmışdır.
140 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
18.08.18, 08:46
İraqa aksiya davam edir
Go to TOP