Şrift ölçüsü:
A+
A
A-
Kr
09 İyun 2018

Qarabağ əlili naziri evinə çağırdı – “Gəlib nə gündə yaşadığımızı öz gözləri ilə görsün”

Qarabağ döyüşlərində sağlamlığını itirən Qasımov Şöhrət Mülkədar oğlu yaşayış şəraitinin bərbad olmasından gileylənir. Onun sözlərinə görə, məmurlar saxtakarlıq edərək haqqı olan evi almaq üçün tutduğu növbəni dəyişiblər. Pressclub xəbər verir ki, Ucar rayonu Qaracallı kənd sakini olan Şövkət Qasımov 2-ci qrup Qarabağ müharibəsi əlilidir. Müharibə zamanı sağ ayağını itirib. Vətən uğurunda döyüşlərdə sağlamlığından məhrum olan Ş.Qasımov bu gün normal həyat şəraitindən məhrum edilib: 



Bizim ailə acınacaqlı şəraitdə yaşayır. Bu mənzərəni gözləri ilə görən hər bir azərbaycanlı dəhşətə gələr. Bəlkə də Azərbaycan Respublikasında ikinci belə yararsız, şəraitsiz və təklükəli vəziyyətdə olan ev yoxdur ki, mənim ailəm yaşayır. Ailəmin yaşadığı yerə ev yox, daha doğrusu qamışdan düzəldilmiş tövlə demək olar. Yağışda, qarda yaşadığımız daxmanı su basır. Yayda istidən yaşamaq olmur”. 



Ş.Qasımov deyir ki, 2009-cu il tarixdən ev növbəsindədir, ancaq onun növbəsini qanunsuz olaraq rüşvət alıb geri yazıblar: "Mənim növbəmi başqa şəxsə satıblar, ona ev inşa ediblər. Bunu edən vəzifəli şəxsin maddi maraqlarına görə bu gün mənim ailəm çıxılmaz, acınacaqlı bir vəziyyətdə yaşayır. Qarabağ müharibəsi əlilinin yaşadığı evi gəlib gözləri ilə görən olsa, dəhşətə gələcək. Mənim ev növbəmin yerini dəyişdirib satan vəzifəli şəxs mütləq cinayət məsuliyyətinə cəlb edilməlidir ki. O, daxmada ağır şəraitdə yaşayan azyaşlı uşaqlara qarşı bir vəhşilik edib. İstəyirik ki, bizim ailəyə də rayonun mərkəzindən 22 km aralıda yerləşən hazırda yaşadığımız Qaracallı kəndində mənzil tikilib verilsin. İki azyaşlı məktəbli uşağım rahat yaşasın, rahat şəkildə dərslərini oxuyub cəmiyyətimizə layiqli vətəndaş olsunlar”. 



Qarabağ əlili probleminin həlli ilə bağlı prezidentdən və nazirdən kömək istəyir: "Mən mətbuat vasitəsi ilə cənab İlham Əliyevdən, Mehriban xanım Əliyevadan və Əmək və Əhalinin Sosial Müdafiəsi naziri cənab Sahil Babayevdən xahiş edirəm ev növbəmin qanunsuz olaraq yerini dəyişdirib geriyə yazan vəzifəli şəxslərin barəsində qanuna müvafiq tədbirlər görülməsinə tapşırıq verəsiniz və darısqal, acınacaqlı şəraitdə yaşayan ailəmizə öz kəndimizdə dövlət büdcəsi vəsaiti hesabına mənzil inşa edilib istifadəmizə verilməsinə köməklik göstərəsiniz. Nazir cənab Sahil Babayevdən çox-çox xahiş edirəm Ucar rayonunun Qaracallı kəndinə mənim daxmama qonaq gəlib yazdıqlarımı gözü ilə görsün”. 


164 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
13.08.18, 07:53
Zərif təkzib etdi
Go to TOP