Şrift ölçüsü:
A+
A
A-
Kr
09 İyun 2018

“Toliklər Bakıda “Qalenvagen”lərdə gəzir- biz hələ “Çeşka”ya da minməyiriz!..”

“Toliklər Bakıda “Qalenvagen”lərdə gəzir- biz hələ “Çeşka”ya da minməyiriz!..” – 7 cümlədə 7 dərd...-

Hayıf əziyyətimizə: 27 illik müstəqillik illərində yetişdirdiyimiz ən çoxsaylı “peşə” sahibləri olan, əhalinin böyük əksəriyyətini dolandıran alverçilərimizin çoxu Rusiya bazarlarındadır - onları da ordan qovurlar...
***
Azərbaycanda qadınların oğurluq etməsi halları artır; deyilənə görə, bu, hər gün dövlət büdcəsindən də, vətəndaşın cibindən də oğurluq edən kişilərin(!) qeyrətinə yaman toxunub...
***
Əlaqədar hökumət qurumları ermənilər üçün təzə sehrbaz nömrəsi göstərdi: Bakıda şəhid ailəsinin obyekti özündən xəbərsiz satıldı...
***
O gün halını soruşduğum bir müəllim Sabiranə şəkildə dedi:”Toliklər Bakıda “Qalenvagen”lərdə gəzir –biz hələ “Çeşka”ya da minməyiriz!..”
***
Başım çıxmır, İrəvanda erməni axçiləri, dığalarıyla ilə rəqs edən Ramin Hacılı niyə Ermənistana yox, Gürcüstana qaçmaq istəyirmiş?..
***
Ay camaat, şükür edin: rayon avtobuslarında gediş haqqı artırılmadı- Urra! Urra! Urra!..
***
İmam Hüseynə(s) ağlayan kişilərə istehza edərək bunu “cahillik”, “nadanlıq” adlandıran müasir ziyalılar(?) milyonlarla kişinin qarşısında lütlənib atılıb-düşən röyalara, rəqsanələrə əl çalır, dəstək verir –yəqin, binamusluq- başucalığımızdır?../moderator/

Sultan Laçın
325 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
Go to TOP