Şrift ölçüsü:
A+
A
A-
Kr
14 Yanvar 2018

İraqda “Əl-Fəth” koalisiyası seçkilərə hazırlaşır

İraqda İŞİD-in yox edilməsində mühüm rol oynayan "Həşd Şabi" qrupları "Əl-Fəth" adı ilə qurduqları koalisiyayla bu il ərzində keçirilməsi gözlənilən İraq parlament seçkilərinə hazırlaşır.
“Ədalət və Birlik Partiyası“nın baş katibi Amir Fayiz bu gün “Rudaw” televiziyasına verdiyi müsahibəsində “Əl-Fəth” koalisiyasına keçmiş nəqliyyat naziri və “Bədr” təşkilatının lideri Hadi əl-Amirinin sədrlik etdiyini açıqlayıb.
“Əl-Fəth” koalisiyasına “Həşd Şabi“-də yer alan bir çox qrupun və 15 siyasi partiyanın qoşulduğunu bildirən Fayiz koalisiyanın yaxın saatlarda rəsmi olaraq açıqlanacağını deyib.

Açıqlamada Hadi əl-Amiri rəhbərliyi altındakı “Bədr” təşkilatı Qeys əl-Xəzəli rəhbərliyindəki “Əshaibul-Əhli Haqq“, İraq İslam Ali Şurası, “Ədalət və Birlik Partiyası“, İbrahim Bahrul-Ulum rəhbərliyindəki “İraqın Gələcəyi Partiyası“, İsgəndər Vədud rəhbərliyindəki “Vəfa və Dəyişiklik Partiyası” və bəzi digər “Həşd Şabi” qruplarının “Əl-Fəth” koalisiyası daxilində yer aldığı qeyd edilib.
İraq Baş naziri Heydər əl-İbadinin isə seçkilərdə “Ən-Nəsr” adlı bir koalisiyayla iştirak edəcəyi istiqamətində xəbərlər gəlir, “Nəsr” ilə “Fəth” koalisiyalarının da ittifaq qura biləcəyi irəli sürülür.
50 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
19.01.18, 16:39
Ordumuz şəhid verdi
18.01.18, 16:40