Şrift ölçüsü:
A+
A
A-
Kr
14 Yanvar 2018

BMT: “Qərb sahilində sionist qəsəbələrin tikintisi qanunsuzdur”

Birləşmiş Millətlər Təşkilatının Yaxın Şərq sazişi prosesi üzrə koordinatoru cümə axşamı günü sionist rejimin qərb sahilində sionistlər üçün mindən çox yeni yaşayış binası tikmə qərarını tənqid edib və bildirib ki, sionist rejimin bu hərəkəti beynəlxalq qanunlara ziddir.

Nikolay Mladenov sionist rejimdən işğal altındakı ərazilərdə qanunsuz qəsəbələrin salınmasını dayandırmasını istəyib.
Sionist rejim başçıları çərşənbə günü qərb sahilində sionistlər üçün min yüzdən çox yeni binanın tikilməsi barədə razılaşıblar.
Fələstin Ərazisi Tədqiqatları adlı qeyri-hökumət təşkilatı son zamanlar bildirib ki, sionist rejim ötən milad ilində yeni sionist qəsəbələr salmaq hədəfilə qərb sahilində yerləşən Fələstin ərazilərində, o sıradan Qüdsdə 900 hektardan çox ərazini müsadirə edibdir.
Bu rejim daim dünya ictimaiyyətinin tələblərinə məhəl qoymadan sionist qəsəbə salmağı davam etdirir və bu sahədə Amerikanın himayəsinə malikdir.
Bütün bu qəsəbəsalmalar beynəlxalq qanunlara görə, qeyri-qanuni sayılır.
Sionist rejim sionist qəsəbələr salmaqla fələstinli məntəqələrin coğrafi strukturunu dəyişdirmək və bu məntəqələrə sionist görkəm vermək niyyətindədir ki, fələstinli məntəqələrdəki hökmranlığını təsbit etmiş olsun.
280 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
Go to TOP