Şrift ölçüsü:
A+
A
A-
Kr
13 Yanvar 2018

Livanın baş naziri: Hizbullah Livan dövlətinin bir hissəsidir

Livanın baş naziri Səd Həriri Amerikanın “Wall Street Journal” qəzetinə müsahibəsində deyib: “Hizbullah, Livan dövlətinin bir üzvü hesab olunur. Bu dövlət ölkədə mövcud olan bütün siyasi partiyalara yer vermişdir və elə bu səbəbdən də Livanda sabitlik hökm sürür.”
Baş nazir Beyrutun heç bir xarici müdaxiləni qəbul etmədən öz milli maraqları üzərində çalışmalı olduğunu vurğulayaraq deyib: “Xarici tərəfin Livanın siyasətlərinə müdaxilə etməsini qəbul edə bilmərik. Bizim münasibətlərimiz İranla və Fars körfəzinin digər ölkələri ilə mümkün olan ən yaxşı şəraitdə olmalıdır. Bu münasibətlər Livanın milli maraqlarına xidmət etməlidir.”
S. Həriri müsahibənin davamında noyabr ayında baş vermiş hadisələr, Riyada səfəri, və baş nazir vəzifəsindən istefa verməsi, sonra öz qərarından dönməsi barədə açıqlama verməkdən imtina edib.
183 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
20.04.18, 09:35
Bakıda bıçaqlanma olub
Go to TOP