Şrift ölçüsü:
A+
A
A-
Kr
12 Yanvar 2018

Sionist rejim Ərəbistanı Qüdsə gətirir

Sionist İsrail rejiminin baş müxalifət lideri Yitzak Hersoq, işğal altındakı Qüdsün və Şərqi Qüdsdə yerləşən Məscidül-Əqsanın idarə edilməsində Səudiyyə Ərəbistanına da rol verilməsini təklif edib.
Yitzak Hersoq bu barədə Səudiyyə Ərəbistanının London mərkəzli “İlaf” nəşrinə verdyi müsahibədə bildirib.
Onun fikrincə Qüds məsələsində Səudiyyə böyük rol oynaya bilər və gələcəkdə İsrail rejimi ilə Fələstin arasında sülh danışıqları baş tutduqdan sonra müzakirələrin mövzusu Qüdslə Məscidül-Əqsa kimi müqəddəs məkanlara gəldikdəbu məkanların idarə edilməsində Səudiyyəyə mühüm rol verməlidirlər. Yitzak Hersoq müsahibəsində həmçinin Yəmən, İraq, Suriya, Əfqanıstan kimi islam ölkələrini qana bulayan terrorçuları maliyyələşdirən və sələfi ideologiyasını bütün dünyaya yamağa çalışan Səudiyyə krallığının vəliəhdi Məhəmməd bin Salmanı “böyük inqilabçı” adlandırıb.
Bu isə bir daha sionist rejimlə Səudiyyə Ərəbistanı arasındakı əlaqələrin nə dərəcədə yaxın və strateji, islam dünyası üçün isə təhlükəli olduğunun bir daha göstəricisidir.
236 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
Go to TOP