Şrift ölçüsü:
A+
A
A-
Kr
11 Yanvar 2018

Trampdan növbəti biabırçılıq: “Pul ödəmirsən heç olmasa ictimailəşdirmə”

Amerika və Meksika arasında uzunluğu 3200 km olan beton divarın çəkilməsi Trampın ilk seçki şüarlarından biri idi. Əlbəttə, Trampın bu şüarı elə ilk andan Meksika, Latın Amerikası ölkələri və hətta, ABŞ rəsmilərinin tənqidləri ilə üzləşdi.
Bir neçə amerikalı senator tamamilə qeyri-zəruri olan bu layihənin son dərəcə ağır xərclərə malik olduğunu bildirib. ABŞ prezidenti smeta dəyəri 14 milyard dollar proqnoz edilən layihənin xərclərinin bir hissəsini Meksikaya qəbul etdirmək istəsə də, Meksika prezidenti Trampın düşüncə tərzini tənqid edərək, belə bir divarın çəkilməsi üçün Meksikanın heç bir vəsait ödəməyəcəyini bildirib: “Bundan öncə demişəm, yenə də deyirəm. Meksika hansısa divar üçün pul ödəməyəcək.”
Bu divarın çəkilməsində məqsədin qeyri-qanuni mühacirətin önlənilməsi və narkotik maddələrin qaçaq edilməsi ilə mübarizə adlandırılsa da, Latın Amerikasında xalq və siyasətçilər tərəfindən məsələyə fərqli yanaşma mövcuddur:
“Trampın bu rəftarı Meksika və bütün Latın Amerikası ölkələrinə hörmətsizlikdir. “
“Bu, xalqları bir-birindən ayırmaq deməkdir.”
Vaşinqton Post qəzetinin yazdığına görə, Meksikanın belə bir divarın çəkilməsi üçün pul verməyəcəyini elan etməsinin ardınca, Tramp meksika prezidentindən ən azı, bu məsələni ictimailəşdirməkdən çəkinməsini istəyib.
311 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
Go to TOP