Şrift ölçüsü:
A+
A
A-
Kr
10 Yanvar 2018

Ərəbistan vergi ümidinə qalmış ölkəyə çevrilir

Neftdən gələn yüksək gəlirlər hesabına rifah içərisində yaşayan Ərəbistan dövlət rəhbərlərinin bacarıqsızlığı üzündən artıq vergi ümidinə qalmış bir ölkəyə çevrilmişdir.
Beləliklə, Ərəbistan əhalisi cari ildə özlərini ağır bahalığın dəhşətli burulğanına hazırlamalıdır.
Ərəbistanın vəliəhdi Məhəmməd bin Salman tərəfindən təklif edilmiş iqtisadi paket verginin artırılması, enerjinin, qida məhsullarının, tibbi xidmətin, dərmanın və daşınmayan əmlakın qiymətlərinin artmasını ehtiva edir.
Vəliəhd tərəfindən imzalanan göstərişə əsasən, bütün məhsul və xidmətlərə şamil olan 5 faiz vergi artımında ölkənin zəif təbəqəsi nəzərə alınmamışdır.
Diqqəti çəkən məsələ budur ki, vəliəhdin iqtisadi paketində bəzi məhsulların qiymətinin 126 faiz artırılması göstərilir. Bunun dünyanın ən böyük neft ixrac edən ölkəsində baş verməsi çox düşündürücüdür.
Sözügedən qərara görə cari miladi ilindən elektrik enejisinin qiyməti 700 səudi riyalından 1080 riyala qalxacaq.
336 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
Go to TOP