Şrift ölçüsü:
A+
A
A-
Kr
10 Yanvar 2018

Vəhabi Ali Səud Suriyada terrorçulara hərbi dəstəyini dayandırdığını bildirib

Səudiyyə Ərəbistanınnı Xİ naziri Adil əl-Cübeyr dekabrın 24-də Bəşər Əsədə qarşı vuruşan Suriya müxalifəti ilə görüş keçirib. Görüşün məqsədi Ər-Riyadın onlara hərbi dəstəyi göstərməyi dayandıracağını bildirməkdən ibarət olub.
Bunu bazar ertəsi Suriya müxalifətinin nümayəndələri arasındakı mənbəyə istinadla “Foreign Policy” jurnalı məlumat verib.
İki məlumatlı mənbə iddia edir ki, həmin görüş zamanı Cübeyr üsyançılara Əsədə qarşı çıxmağın əvəzinə səylərini yanvar ayında Soçidə keçiriləcək Suriyanın Milli Dialoq Konqresində Dəməşqlə siyasi razılaşmanın bağlanması üzrə cəmləsinlər.
Səudiyyə XİN başçısı həmçinin bildirib ki, əgər müxalifətçilər Soçidəki məsləhətləşmələrə yaxşı hazırlaşsalar, onda onlar siyasi keçid haqqında sazişin bağlanması üçün daha optimal şərait yaradacaqlar.
“Fireign Policy” jurnalı Səudiyyənin bu addımının Rusiya, İran və Türkiyənin Suriya üzrə əldə etdiyi siyasi qələbənin nəticəsi olduğunu qeyd edib.
Suriyanın Milli Dialoq Konqresinin keçirilməsi Suriyada atəşkəs rejiminin təminatçıları olan Rusiya İran və Türkiyənin keçirdiyi sonuncu Astana görüşü zamanı razılaşdırılıb. Konqres yanvarın 29-30-da keçiriləcək.
53 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
19.01.18, 16:39
Ordumuz şəhid verdi