Şrift ölçüsü:
A+
A
A-
Kr
11 Yanvar 2017

Azərbaycanda hər il təxminən 1700 körpə ölür

Hər il Azərbaycanda 170 min körpə doğulursa, onun təxminən 1700-ü vəfat edir.

Səhiyyə Nazirliyinin Neonatoloji xidmətin təkmilləşdirilməsi üzrə xüsusi Komissiyasının sədri, baş neonatoloq Rüstəm Hüseynov apa-ya bildirib ki, son illər hər 1000 diri doğulan körpədə ölüm əmsalı 10 promille təşkil edir, yəni hər 1000 yenidoğulan uşaqdan 10-u ölür. R.Hüseynov vurğulayıb ki, 2016-cı ildə də oxşar vəziyyət qeydə alınıb.

Onun sözlərinə görə, 2015-ci ildən Azərbaycanda diridoğulmanın yeni meyarlarına keçiddən sonra uşaq ölümlərinin sayı 0,8 faiz artıb. Baş neonatoloq əlavə edib ki, yeni meyarlara əsasən çəkisi 500 qr-1 kq olan az çəkili uşaqlar da diridoğulanların siyahısına daxil edilib: “Nəticədə 2015-ci ildə körpə ölümü faizi 0,8% artıb. Lakin bu artım yalnız həmin ildə müşahidə olunub və 2016-cı ildə azalmağa doğru gedib. Ötən il yeni meyarlara əsasən dünyaya gələn və sağ qalan uşaqların sayı 2 dəfə artıb. Əgər 2015-ci ildə yeni meyarlara əsasən doğulan 267 körpədən 96-sı sağ qalmışdısa, 2016-cı ilin 6 ayı ərzində 106-sı sağ qalıb”.
288 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
20.08.17, 08:36
Ən böyük loğman - ARI
17.08.17, 17:20
Maraqlı meyvələr - Foto
17.08.17, 09:47
Rusiyadan İrana dəstək
16.08.17, 11:14
PKK türk əsgərini vurdu
16.08.17, 10:24