Şrift ölçüsü:
A+
A
A-
Kr
11 Yanvar 2017

Rusiyanın müdafiə naziri: “Pentaqon ölkələri səhv salmasın”

SoyquRusiya müdafiə naziri Sergey Şoyqu amerikalı həmkarı Eşton Karteri Moskvanın Suriyadakı antiterror əməliyyatında rolunu qiymətləndirərkən diqqətli olmağa çağırıb.

«Rusiyanın Suriyada və regionda terrorizmə qarşı mübarizəsinə sıfır qiymət verib. Həmkarım ölkələri səhv salmasın. Belə qiymətləndirmə aparanda diqqətli olsun!», deyə Şoyqu bildirib.

Rusiya müdafiə naziri Suriyadakı əməliyyatlar zamanı əsas hədəfə çatıldığını bildirib: «Nə qədər çətin və mürəkkəb olsa da, işini sıfır yox, mənfi səviyyədə görən beynəlxalq koalisiyadan dəstək ala bilməsək də, Suriyada əsas hədəfimizə çatdıq».

İki gün əvvəl Pentaqon şefi Eşton Karter NBC kanalına müsahibəsində bildirmişdi ki, Rusiya Suriyada hərbi iştirakıyla vətəndaş müharibəsini bir az da alovlandırıb. İŞİD-lə mübarizə sahəsində isə xidməti sıfır olub.
200 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber