Şrift ölçüsü:
A+
A
A-
Kr
10 Yanvar 2017

Əli Əkbər Vilayəti: "Türkiyənin Suriya ilə də əlaqələrini yaxşılaşdırmasını arzulayırıq"

Ali Dini Rəhbərin beynəlxalq məsələlər üzrə müşaviri Əli Əkbər Vilayəti Türkiyənin baş naziri Binali Yıldırımın İraqa səfərini qiymətləndirib.

İRNA xəbər verir ki, Əli Əkbər Vilayəti Türkiyə və İraq arasında gərginliyin aradan qalxması və dostluq münasibətlərinin yenidən qurulmasını məmnuniyyətlə qarşıladıqlarını deyib.

Vilayəti bölgə xalqlarının səadəti, gərginlikdən çəkinib regional əməkdaşlığı gücləndirməkdən keçdiyini qeyd edərək, sözlərini belə davam edib: "Türkiyə hökumətinin İraqla yaxşı qonşuluq əlaqələri qurub, bu ölkənin ərazi bütövlüyünə hörmət etməsi istiqamətində atdığı addım müsbət bir addımdır. Bu dostluq əlaqəsinin Türkiyə və Suriya arasında da formalaşdırılmasına ümid edirik. Türkiyə və Suriya arsında mövcud olan gərginlik nə Türkiyənin xeyrinə, nə də Suriyanın xeyirinədir. İki ölkə arasındakı əlaqələrin Türkiyənin qonşuları ilə yürütdyü "sıfır problem" dövrünə qayıtmasını arzu edirik"./deyerler/
104 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
26.02.17, 09:38
Vəkil izləndiyini deyir
24.02.17, 22:39
DOĞRU OLMAQ GÜNAHMI?
24.02.17, 20:51
MASALLI ƏHLİNƏ MƏKTUB