Şrift ölçüsü:
A+
A
A-
Kr
10 Yanvar 2017

Bu kənddə siqarət çəkənə qız verilmir

Türkiyənin Batman vilayətinin Yaylıca kəndində maraqlı adət-ənənə var.

"Milliyet"in məlumatına görə, qız istəmək üçün bu kəndə gələnlərə verilən ilk sual gələcək kürəkənin siqaret çəkib-çəkməməsi ilə bağlıdır. Çünki siqarət çəkən oğlana qız verilmir.

Kəndin, demək olar ki, bütün vətəndaşları siqaretdən imtina edib. Girişə “Siqaret çəkmək ayıbdır” yazılan lövhə asılıb.

Kənd sakini Kudbettin Sinet 30 il çəkdiyi siqareti bir neçə il əvvəl tərgidib. Onun bu addımı “siqaretsiz kənd” kampaniyasına müsbət təsir göstərib. Qısa müddət içərisində kənd sakinlərinin böyük hissəsi siqaretlə vidalaşıb. Nəticədə vətəndaşlar və kənd rəhbərliyi bir araya gələrək kənddə siqaret çəkilməsini qadağan ediblər.

Kudbettin Sinet bildirib ki, kənddə hələ də siqaret çəkən bir neçə sakin var. Lakin onlar utandıqları üçün siqareti kənddən kənarda çəkirlər.


128 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
26.02.17, 09:38
Vəkil izləndiyini deyir
24.02.17, 22:39
DOĞRU OLMAQ GÜNAHMI?
24.02.17, 20:51
MASALLI ƏHLİNƏ MƏKTUB
24.02.17, 10:25